Azərbaycan

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

Qəzvin əyalətinin iki bölgəsində tarixi əsər qaçaqmalçıları saxlanılıb.

Bu barədə Qəzvin əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əlirza Xəzaili mediaya verdiyi açıqlamada bildirib.

Xəzaili saxlanılan 2 nəfərin Qəzvin yaxınlığında tarixi məkanlardan birində, başqa 3 nəfərin isə şəhər içində yerləşən tarixi yerdə qanunsuz qazıntı işləri apardıqları zaman saxlanıldıqlarını açıqlayıb.

O, qaçaqmalçılara məxsus qazıntı avadanlıqlarının müsadirə olunduğunu və 5 nəfərin barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button