Azərbaycanİran

“Uşaqlara Nağıl üzrə 25-ci Beynəlxalq Festival” Azərbaycan bölgəsi üzrə Təbrizdə keçirilib

Tehran şəhəri Beynəlxalq Nağıl Festivalının Mərkəzi Katibliyi festivalın İranın 5 bölgəsində keçirildiyini deyib.

Katibliyin məlumatına əsasən, festivalın milli sektoru ilə yanaşı, beynəlxalq sektorunda digər ölkələrdən iştirakçılar olub.

Festival Azərbaycan bölgəsi üzrə Şərqi Azərbaycanın Təbriz şəhərində noyabrın 19-20-i günlərində keçirilib.

Təbriz şəhəri 8-ci rayon Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə xeyli sayda təbrizli uşaq və gənclər iştirak ediblər.

Məlumata əsasən, Gülüstan Bağında yerləşən Təbrizli Şəms Sarayında 38 nağılçı zalın səhnəsinə çıxaraq uşaqlar və yeniyetmələrə nağıllar deyib.

Qeyd edək ki, Gülüstan Bağının tarixi adı dəyişdirilərək hazırda Fəcr bağı adlanır.

Related Articles

Bir cavab yazın

Back to top button