İran

İranda əl yandıran dərman qiymətləri və qara bazarda satılan bahalı dərmanlar

"Etimad" qəzeti İranda dərman qıtlığı və ya qiymətlərinin olduqca bahalı olması ilə bağlı "Nisyə dərmanlar ilə ağrılarını sakitləşdirən xəstələr" başlıqlı məqalə dərc edib.

“Etimad” qəzeti İranda dərman qıtlığı və ya qiymətlərinin olduqca bahalı olması ilə bağlı “Nisyə dərmanlar ilə ağrılarını sakitləşdirən xəstələr” başlıqlı məqalə dərc edib.

“Aznews tv” xəbər verir ki, bu hesabat Tehranda 24 saat fəaliyyət göstərən apteklərdən (داروخانه) alınan açıqlamalar əsasında hazırlanıb.

Yazıda bildirilir ki, İranda bir çox dərman vasitələri ümumiyyətlə tapılmır, və ya çətin tapılır, yaxud elə bir qiymətə satılır ki, xəstələrin həmin qiymətə dərman almağa maddi imkanı çatmır. Bu insanlar bəzən ya nisyə, bəzən isə xeyirxah insanların maddi dəstəyi ilə bu dərmanları ala bilirlər.

“Cam-e cəm” qəzeti də məsələ ilə bağlı hazırladığı hesabatında qeyd edib: “Dərman bazarı nəzarətdən çıxıb. Bəzi sadə dərmanlar da artıq apteklərdə tapılmır. Yalnız qara bazarda hər bir dərmandan bir neçə qat baha əldə etmək mümkündür. Bu da hökumətin yalnış idarəçiliyindən xəbər verir. Bu idarəçilər məsələyə cavabdeh belə ola bilmirlər. Ona görə də, ölkədə dərman çatışmazlığı ilə bağlı statistika də əldə etmək olmur”.

Related Articles

Bir cavab yazın

Back to top button