Dünya

ABŞ yaxın günlərdə Ukraynaya yeni yardım elan edəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) yaxın günlərdə növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu hər hansı şəkildə şərh etməkdən imtina edib. Metyu Miller qeyd edib ki, bu vəzifə “Ukrayna hərbçilərinə həvalə edilməlidir”.

“Bizim nöqteyi-nəzərimizə görə, Ukrayna bu əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan hər şeyə malikdir. Biz, o cümlədən Avropadakı və dünyadakı müttəfiqlərimiz, tərəfdaşlarımız onu böyük miqdarda hərbi texnika ilə təmin etmişik.

Bunu davam etdirəcəyik, ona görə də yaxın günlərdə daha çox hərbi yardım elanlarını gözləmək olar”, – Miller vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar digər NATO ölkələri ilə birlikdə Ukraynanın əks-hücumunu dəstəkləmək üçün “möhkəm dayanmağa” davam edəcək. (report)

Related Articles

Bir cavab yazın

Back to top button