Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Etirazlar nəticəsində Təbrizdə tarixi qüllənin söküntüsü dayandırıldı

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin sədr müavini Əlirza Qoçi “Təvəkküli” Kibrit Zavodunun köhnə qülləsinin söküntüsünün dayandırıldığını deyib

O, etirazların çoxaldığı və məsələnin mediada işıqlandırılmasından sonra qanunsuz hərəkətin qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirib.

Qoçi söküntünün zavod rəhbərliyi tərəfindən və başqa ilgili qurumlarla əlaqələndirilmədən başladıldığını iddia edib.

“Bu və başqa bir neçə tarixi sənaye məkanı milli əsərlər siyahısına salınıb. Ancaq adı çəkilən sahə özəl mülkiyyət olduğuna görə onun sökülməsinə çalışılıb və məsələyə müdaxilədən sonra bu dayandırılıb”-deyə, Əlirza Qoçi köhnə qüllənin qorunacağını bildirib.

Qeyd edək ki, adı çəkilən zavod və qüllə 1918-ci ildə Tağı Təvəkküli tərəfindən inşa edilib və bu İranda ilk kibrit zavodu sayılır.

Müxtəlif dövrlərdə Alman texnologiyası və avadanlıqları əsasında yenilənən kibrit zavodu Təbrizin ən etivarlı zavodların biridir və hal-hazırda zavoda Tağı Təvəkkülinin nəvəsi Hüseynəli Təvəkküli başçılıq edir.

Related Articles

Bir cavab yazın

Back to top button