Dünya

İsrail baş naziri İranı hədələdi: İsrailə terrorçu göndərənlərə zərbə vuracağıq

İsrailin baş naziri Naftali Bennet İranın adını çəkmədən deyib ki, Tel-Əviv nəinki terroristlərə, həm də onları İsrailə göndərənlərə, o cümlədən “buradan min kilometr şərqdə olanlara” ağır zərbələr vuracaq.

Bennet bu barədə dünən terror qurbanlarının anım mərasimində çıxışı zamanı məlumat verib. O, habelə bildirib: “İsrailin düşmənləri daha çox hücum və yeniliklərlə üzləşəcək. Əgər yeni qarşıdurmaya məcbur qalsaq, hazır və təlim keçmiş vəziyyətdə düşmənlərimizi qafil yaxalamaq və özümüz yaxalanmamaq əzmindəyik”.

O, açıq şəkildə İranın adını çəkməsə də, “məhv olsun İsrail!” şüarına diqqət çəkərək qeyd edib: “Düşmənlərimiz bir gün anlayacaqlar ki, bizim məhvimizlə bağlı onların xəyalları nə qədər də məyusedicidir”.

Related Articles

Bir cavab yazın

Back to top button