Azərbaycanİran

Qərbi Azərbaycanda Kirman partlayışlarına görə iki nəfər həbs edilib

Qərbi Azərbaycan əyalətinin Bazərqan və Makı şəhərlərində iki nəfər həbs edilib.

Onların yanvarın 3-də Kirmanda baş verən partlayışlara görə saxlanıldıqları bildirilir.
Bazərqanın Şəhər Şurasının üzvü İbrahim Ədhəmi və Kişmiştəpənin Kənd Şurasının üzvü Münir Şayistə saxlanılaraq Tehrana aparılıblar.

Milliyyətcə kürd olan hər iki şəxsin Tacikistandan olan terrorçuları öz evlərində gizlədərək İraqa keçirməyə cəhd etdikləri iddia edilib.

Yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button