İran

Son 24 saat ərzində ölkədəki koronavirusla bağlı vəziyyət

İranda son 24 saat ərzində 109 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
Bu barədə İran Sağlamlıq Vəzirliyi məlumat yayıb.
Bununla da, İranda koronavirusdan ölənlərin sayı 21571 nəfərə yüksəlib.
Qeyd edək ki, İranda ötən 24 saat ərzində 1 642 nəfər koronavirusa tutulub. Beləliklə, ölkədə bu virusa tutulanların sayı 375 212 nəfərə çatıb.
İranda indiyədək 323 233 nəfər koronavirusdan sağalıb.
Hazırda virus daşıyıcısı olan 3 729 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Related Articles

Bir cavab yazın

Back to top button