Dünya

Terrorçular İdlibə hücum edib

“Cebhətun-Nosrə” teror qruplaşması Suriyənin İdlib bölgəsindəki bir sıra yerlərə ardıcıl 17 dəfə hücum edib. Olayla ilgili Rusiyanın Suriyədəki Barışıq Mərkəzinin müavini dəryaban Vyaçeslav Sıtnik məlumat verib.
O, “Cebhətun-Nosrə” teror qrupunun hücumlarını təsdiqləyib. Məlumata görə, hücumlardan 10-u İdlibin mərkəzi hissəsinə, 5-i Laziqiyyə, 1-i Həmmah əyalətinə, 1-i isə Hələbə yönəldilib.
Bildirək ki, terorçuların hücumu Suriyə Prezidenti Bəşər Əsədin ölkədəki gərginliklə bağlı verdiyi açıqlamadan sonra gerçəkləşib. Bəşər Əsəd Suriyədə savaşın hələ də bitmədiyini söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button