İran

“Sərhədsiz Reportyorlar” Təşkilatı: jurnalistlərə təzyiqlər artıb

Hüdudsuz Jurnalistlər Təşkilatı İranda jurnalistlərə qarşı yeni həbs və mühakimə halları barədə məlumat verib. Təşkilat nümayəndəsi qeyd edib ki, İnsan Haqları Şurası jurnalistlərin qorunması və difası ilə bağlı daha ciddi tədbirlər görməlidir.
Təşkilat jurnalistlərə qarşı davam edən basqı və həbslərdən nigaranlığını dilə gətirib.
Yeni açıqlamalara görə, Birləşmiş Millətlər Təşkilatının xüsusi jurnalisti Cavid Rəhmanın son raporunda əks olunduğu kimi, İranda insan haqları, o cümlədən məlumat azadlığı ilə bağlı durum ağırdır. Belə ki, raporun yayımlanmasından sonra jurnalistlərə qarşı yeni basqı dalğası işə düşüb.
Hüdudsuz Jurnalistlər Təşkilatı bununla bağlı beş jurnalistin mühakimə edilməsi, tutuqlanması və vəsiqə qarşılığında azad edilmələri barədə qərara işarə edib.
Məhəmməd Musaed şəhrivərin 12-də 4 il 9 ay həbs cəzasına məhkum edilən həmin jurnalistlərdən biridir. O, öz tvitter hesabında yazıb ki, məhkəmə çıxardığı hökmü “qarayaxma”, “böhran yaratmaq”, “insanları təhrik etmək” və “cəmiyyətin əsaslarını sarsıtmaq” ittihamları ilə əsaslandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button