Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

SEPAH generalına sui-qəsddə günahlandırılan məhbus edam ediləcək

İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının keçmiş rəhbəri Möhsün Fəxrizadəyə sui-qəsddə, “Fəxrizadənin qətlində istifadə olunan texnikanın ölkəyə gətirilməsində" və "İsrailə casusluq"da günahlandırılan Azad Şücayi edam olunacaq.

Bununla bağlı İran Məhkəmə Sistemi məlumat yayıb.

Məlumata görə, ibtidayi məhkəmənin Şücayi barədə çıxrdığı edam cəzasını İran Ali Məhkəməsinin 39-cu bölməsi təsdiq edib.

Azad Şücayi 2024-cü ilin aprel ayında Urmiyada həbs edilib, onunla eyni ittihamda günahlandırılan 3 nəfərin edam cəzası yerinə yetirilib.

Qeyd edək ki, Qeyd edək ki, SEPAH generallarından olan və İranın nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən Möhsün Fəxrizadə 27 noyabr 2020-ci ildə Tehranın yaxınlığındakı Dəmavənd şəhərində öldürülüb.

O, İranın nüvə proqramının perspektivinin layihələndirilməsində təsirli rol oynamaqla yanaşı, həm də bu ölkənin digər ölkələrdən nüvə texnologiyası idxalında mühüm şəxslərdən biri kimi bir müddət Şimali Koreyada da olub.

Related Articles

Bir cavab yazın

Back to top button