Dünya

Türkiyə hərbçiləri daha 7 terrorçunu məhv ediblər

Türkiyənin nizami qüvvələri meyin 16-da “Eren-2” və “Eren-13” antiterror əməliyyatları nəticəsində 7 PKK silahlısını məhv ediblər. Bu barədə Türkiyənin İç İşləri baxanı Süleyman Soylu özünün tuiter hesabından qeyd edib.
Məlumata görə, Şırnakda Cudi dağının Tuşimiya bölgəsində keçirilən “Eren-13” əməliyyatı zamanı 5, Diyarbakır əyalətinin Kulp şəhristanının Yaylak ərazisində keçirilən “Eren-2” əməliyyatı nəticəsində isə 2 terrorçu məhv edilib. Türkiyə ordusunun antiterror əməliyyatlarının uğurla davam etdirildiyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button