Dünyaİran

AEBA: “İranın nüvə proqramının vəziyyəti qeyri-müəyyəndir”

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrosi İranla danışıqlar sisteminin dəyişilməsi vacibliyini vurğulayıb.

Baş direktor noyabrın 30-da Financial Times qəzetinə müsahibəsində dünya güclərini İranın “zənginləşdirilmiş və artan uran ehtiyatından yarana biləcək təhlükələri” unutmamağa çağırıb.

“İranın nüvə proqramının vəziyyəti həqiqətən qeyri-müəyyəndir.  Danışıqların yeni bir çərcivədə aparılması lazım ola bilər. İranla problem Nüvə Sazişinin bərpası ilə həll olunmayacaq. Yenidən oturub başqa formatda anlaşma olunmalıdır.

Diqqətlər HƏMAS-İsrail müharibəsinə çəkilib. Lakin dünya gücləri İranın zənginləşdirilmiş və artan uran ehtiyatından yarana biləcək təhlükələri unutmamalıdır”, – deyə Qrosi bildirib.

Xatırladaq ki, Frans-Press xəbər agentliyi bir müddət əvvəl bildirmişdi ki, “İran öz nüvə proqramını irəli apardığı və agenliklə əməkdaşlığını azaltdığı bir halda Qərb ölkələri İrana qarşı sərt tədbirlər görməkdən çəkinirlər”.

Related Articles

Bir cavab yazın

Back to top button