Azərbaycan

Türkiyənin Təbrizdəki baş konsulu: “Türkiyəlilərin Təbrizə qarşı nostaljik hissləri var”

Türkiyə Cumhuriyyətinin Təbrizə yeni təyin olunan baş konsulu şəhərin cümə imamı ilə görüşündə belə deyib.

Türkiyə Cumhuriyyətinin Təbrizə yeni təyin olunan baş konsulu Çətin Taner şəhərin cümə imamı Məhəmmədəli Ali-Haşimlə görüşündə Türkiyəlilərin Təbrizə qarşı xüsusi. Nostaljik hisslərinin olduğunu deyib.

Çətin Taner Təbrizdə baş konsul imi fəaliyyətə başlamasından sevindiyini deyib və münasibətlərin hər tərəfli genişləndirilməsi istiqamətində mümkün qədər səy göstərəcəyini qeyd edib.

Yerli mətbuatda və sosial mediada Türkiyənin Təbrizdəki baş konsulunun “biz təbrizliləri öz qardaşlarımız hesab edirik” ifadəsi İran mətbuatında “biz iranlıları öz qardaşımız hesab edirik” yazılaraq təhrif edilib.

Çətin Tanerin iqtisadi və mədəni münasibətlərdən danışdığı görüşdə Təbrizin cümə imamı ideolojik təbliğat və ənənəvi şüarlara üstünlük verərək Amerika və İsrail əleyhinə fikirlər səsləndirib, bölgədə mövcud olan problemləri onların üzərinə atıb.

Related Articles

Bir cavab yazın

Back to top button