Azərbaycan

Güneyli milli fəal qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

İranın Rəşt şəhərində saxlanılan Güney azərbaycanlı milli fəal Məhəmməd Eyni qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır.

Gilan vilayətinin Rəşt şəhərində yaşayan və dörd ay öncə hökumət qüvvələri tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyninin vəziyyəti barədə dəqiq məlumat verilməməsi onun yaxınlarının narahatlığına səbəb olub.

Onlar daha öncə Məhəmməd Eyninin girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətlərinə müsbət cavab verilmədiyini, fəalın taleyi barədə sullarına səlahiyyətlilərin yalnız cinayət işinin prokurorluqdan məhkəməyə göndərildiyini deməklə kifayətləndiklərini bildirirlər.

Xatırladaq ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni tutulandan uzun müddət sonra Rəşt həbsxanasına köçürülüb. Azərbaycanlı fəalın yaxınları fəalın girov qarşılığında zaminə buraxılmasına icazə verilmədiyini bildirir.

Məlumata görə, məsələnin ictimailəşdirilməməsini tələb edən İranın ETTELAAT qüvvələri fəalın ailəsini təhdid edib.

Related Articles

Bir cavab yazın

Back to top button