İran

İranda daha 82 nəfər koronavirusun qurbanı olub

İranda son 24 saatda 82 nəfər koronavirusdan həyatını itirib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Bildirilib ki, ölkədə virusdan ölənlərin sayı 55 830 nəfərə yüksəlib.
Ötən 1 gündə İranda daha 6 283 nəfər mərizliyə tutulub. Bununla da ölkədə virusa tutulanların sayı 1 261 903 nəfərə çatıb. Virus daşıyıcılarından 4 780 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Sima Sadat Lari bildirib ki, İranda indiyədək 1 040 521 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button