Dünyaİran

Qrossi İranın nüvə obyektlərinin vurulacağından nigərandır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin gözlənilən cavab hücumu zamani İranın nüvə obyektlərinin vurulacağından nigəranlığını ifadə edib.

Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

“İran bazar günü təhlükəsizlik məsələlərinəgörə nüvə obyektlərini tətil etdi. Obyektlərin aprelin 15-də yenidən fəaliyyətə başlamasına baxmayaraq, vəziyyətin tam sabitləşməsinə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərinin obyektlərdən uzaq qalmalarına qərar vermişik”,- Qrossi bildirib.

Bununla eyni vaxtda İsrail mediası bu ölkənin cavab zərbələri zamanı İranın nüvə obyektlərinin hədəf alınacağı barədə məlumatlar yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button