İran

TEHRANDA GÜCLÜ PARTLAYIŞ OLDU

İranın paytaxtı Tehranda güclü partlayış baş verib.
Partlayış Tehranın günçıxanında, İran difa vəzirliyinin payqahının birinin yaxınlığında olub.
Vəzirliyin sözçüsü Davud Abidinin verdiyi bilgilərə görə, partlayış nəticəsində güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. İran Difa Vəzirliyi partlayışın qaz məxzənində baş verdiyini və vəzirliyə aid olmadığını açıqlayıb. Hadisə zamanı, xəsarət və ölüm olmadığı da qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button