İran

CAVAD AMERİKA İLƏ İSRAİLİN ƏLBİRLƏRİNİN ADINI AÇIQLAYIB

İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif Fransa, Alman və Böyük Britaniyanı Amerika və İsrailin “əlbirləri” adlandırıb. O bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Almaniya, Fransa və Böyük Britaniya üzünü ictimaiyyətdən qorumaq cəhdlərini dayandırmalı və İranın ATOM proqramı çərçivəsində öz öhdəliklərini belə Amerikanın BASQILARI qarşısında icra edə bilməmək kimi acizliklərini açıq şəkildə etiraf etmək üçün cəsarətə sahib olmalıdırlar. Xarici görünüşdən bu üç ölkə Trampın və Netanyahunun əlbirləridir və İrana məsləhət verə biləcək vəziyyətdə deyillər”, – deyə Zərif yazıb. Vəzir öz paylaşımlarına “Straits Times” və “Atlantic” qəzetlərinin 2018 və 2019-cu illərdəki iki yazısından başlıq da qoyub. Onlardan biri belədir: “Avropa deyəsən, Amerikanın İrana qarşı tətbiq etdiyi təhrimlər qarşısında əyilir”.

Related Articles

Bir cavab yazın

Back to top button