Dünya

POMPEO: “İRAN ATOM SAYTLARINA GİRİŞƏ İCAZƏ VERMƏLİDİR”

Amerikanın xarici işlər vəziri Mayk Pompeo, Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın Müdirlər Şurasının İranı bu ajansla dərhal həmkarlığa çağırmasına işarə edib. “İranın vəzifələri aydındır və “Tehran ajansa bütün lazımi bilgiləri verməli və atom saytlarına girişə icazə etməlidir”, – deyə əlavə edib.
Amerika Xarici İşlər Vəzirliyinin cümə günü yaydığı açıqlamada, “İran bu təəhhüdləri yerinə yetirməsə, beynəlmiləl camiə daha sərt tədbirlər görməyə hazır olmalıdır”, – bildirilib.
Açıqlamada, Amerikanın İranın atom silahı əldə etməsinin qarşısını alma təəhhüdü olduğu vurğulanıb. Amerikanın Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın Müdirlər Şurası ilə həmkarlıq etməkdə bu ajansa lazımi himayəti edəcəyi bildirilib.
Ajansa cavab verməsi və atom saytlarına girişi təmin etməsinin İranın qanuni vəzifəsi olduğunu xatırladan Pompeo, “İranın gizli atom səyləri tarixçəsini nəzərə alsaq, İranın bu cür fəaliyyətlərini daim tərk etdiyini açıq şəkildə isbat etməsi vacibdir”, – deyib.
“Biz İranın atom probleminə dair beynəlmiləl nigaranlıqlarla bağlı hərtərəfli diplomatik həll yolu axtarırıq. Belə bir həll yolu təsirli sınaqlara əsaslanmalıdır”, – deyə açıqlamada qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button