İran

TEHRAN ŞƏHRİSTANLARINDA MƏRİZXANA YATAQLARI ÇATIŞMIR

İranın Tibb Elmləri Danişqahının rəisi Cəlil Kuhpayəzadə 31 xurdad tarixində bir sıra xeyriyyəçilərin olması ilə keçirilmiş yığıncaqda, “Tehran ustanın şəhristanlarında mərizxana yataqları çatmır. Ona görə də xeyriyyəçilərdən istəyirəm ki, ustanın şəhristanlarının tibbi ehtiyaclarını təmin etməkdə daha da təlaş etsinlər”, – deyə bildirib.
Cəlil Kuhpayəzadə sözlərinin davamında bildirib ki, 5 milyon 350 min nəfəri danışqah tərəfindən tibbi təmin olunur. “Bu baxımdan Behişti adına Tibb Danişqahından sonra ustan üzrə ikinci yerdəyik. 5 Baharistan, Şəhriyar, Məlard, Rübat Kərim və Qüds şəhristanları bizim danişqahın tərəfindən tibbi təmin olunurlar amma hal hazırda Məlard və Qüdsün mərizxanalarında heç bir yataq yoxdur. Sağlamlıq Xeyriyyəçiləri Məcməyinin (cəmiyyətinin) məsul şəxsləri ilə bu barədə danışıqlar olunub. Ümid edirik ki, bu məcməyin köməyi ilə həmin məsələlər həll olunacaq”, – deyə öyrəncilərin yataqxanaları üzrə çoxlu müşküllərin olduğunu da vurğulayıb.
Yığıncağın davamında danışqahın Ümran Tərhlərinə Nəzarət və Fənni İşlər müdiri Moin Xəyyat bu danişqahın mərizxanaların, behdaşt mərkəzlərinin, özəl kiliniklərin və urjans və bu kimi sair 30 tibbi ümran projələri barədə açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button