İran

Qərbi Azərbaycanda terror aktı

Batı Azərbaycanın Sarıdaş məntəqəsində mərzbani əsgərlərlə sınırdan içəri girmək istəyən silahlı qrup arasında gərginlik yaşanıb. Olay nəticəsində 6 nəfər həyatını itirib. Məsələ ilə bağlı Qərbi Azərbaycan Mərzbani Qüvvəsinin rəisi Yəhya Hüseynxani məlumat yayıb.
O, şəhrivərin 13-də 3 əsgər və 3 terrorçunun öldüyünü bildirib. Yəhya Hüseynxaninin sözlərinə görə, ilk başda terrorçular mərzbani qüvvələrinə həmlə edib. Nəticədə 3 əsgər həyatını itirib. O, terrorçuların PJAK üyələri olduğunu bildirib.
Xatırladaq ki, PKK terror örgütünün İran qolu – PJAK illərdir ki, Qərbi Azərbaycan torpaqlarında silahlı fəaliyyət göstərir. Onların silahsız sivil əhalinin ölümünə səbəb olduqları bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button