İran

İşçilər aylıqlarını riyalla alıb, dollarla xərcləyirlər

“Bazarda qiymətlərin gündəlik artması, hakimiyyətin bu məsələdə heç bir nəzarəti olmamasını bildirir.” Bu sözləri Qəzvinin İşçilər evinin dəbiri Eydəli Kərimi jurnalistlərə verdiyi müsahibəsində bildirib.
“İşçilər hazırkı iqtisadi vəziyyətin zərər görə biləcək qurbanlarıdır. Işçilər eyni halda, ərz dəyişmələri məsrəf malların dəfələrlə bahalaşması bir tərəfdən, başqa tərəfdən isə işdən çıxma riski ilə baş-başadırlar”, – deyə əlavə edib.
“Onların aylıqları yaşam xərclərini ödəmir. Hökumətin təvərrümə nəzarət etməsi o qədər aşağı səviyyədədir ki, heç bir nəzarət olmadığını söyləmək daha düzgündür. Şübhəsiz ki, hökumət işçilərin hazırkı aylıqları ilə keçinə bilmədiklərindən xəbərdardır”, – Eydəli Kərimi əlavə edib.
“Bir çox sənaye və tolid bölmələrinin işəgötürənləri ərzin tez-tez məzəndə dəyişikliyi və qiymətinin artması bəhanəsi ilə məhsulların qiymətini bahalaşdırır. İşçilər aylıqlarını riyalla alır və dolarla xərcləyirlər. Bu camiənin məhrum kəsiminin üzləşdiyi acı bir gərçəkdir”, – deyə Qəzvinin işçi Evinin icra dəbiri deyə açıqlamasına əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button