Dünyaİran

BMT Təhlükəsizlik Şurası İranın ümumölkə etirazları ilə bağlı qeyri-rəsmi iclas keçirir

Reuters-in məlumatına görə, Amerika və Albaniyanın tələbi ilə BMT Təhlükəsizlik Şurası gələn həftə noyabrın 2-də İranın etirazları ilə bağlı qeyri-rəsmi iclas keçirəcək.

Birləşmiş Ştatlar və Albaniyanın tələbi ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının gələn həftə qeyri-rəsmi iclasında BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Caved Rəhman, hüquqşünas, Nobel Sülh Mükafatı laureatı Şirin İbadi, aktrisa və insan haqları fəalı Nazənin Bonyadinin iştirakı planlaşdırılır.

“Bu görüşdə İranda qadınlara, qızlara və dini və etnik azlıqlara qarşı davam edən təzyiqlər müzakirə olunacaq. Bu görüş İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı tərəfsiz və müstəqil araşdırma aparmaq üçün mövcud imkanları araşdıracaq”,- deyə, Reuters agentliyinin görüşün məqsədi ilə bağlı yaydığı mətnində deyilir.

Bununla yanaşı görüşdə həmçinin etirazçılara qarşı qeyri-qanuni gücdən istifadənin davam etməsi və İran rejiminin xaricdəki insan haqları müdafiəçiləri və müxalifət xadimlərini təqib etmək, oğurlamaq və öldürmək cəhdləri də araşdırılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button