Dünyaİran

ABŞ İranla bağlı faktaraşdırıcı komitənin missiyasının uzadılmasını alqışlayıb

Vaşinqton İranda insan hüquqlarının pozulması ilə bağlı faktaraşdırıcı komitənin missiyasının genişləndirilməsi ilə bağlı BMT qətnaməsinə yenidən baxılmasını qətiyyətlə dəstəkləyir.

Bu sözləri ABŞ Dövlət Departamentinin Sözçüsü Metyu Miller deyib.

BMT-nin müstəqil faktaraşdırıcı komitəsi İranda 2022-ci ilin sentyabr ayından başlayan etirazlara dair ilk hesabatında bu aksiyaların zorakılıqla yatırıldığını bildirib.

Bu komitə insan haqları təşkilatlarının İran hökumətinin etirazçıları güllələməsi barədə  statistikasını təsdiqləyib.

Faktaraşdırıcı komitə qeyd edib ki, təhlükəsizlik qüvvələri tərəfindən 551 etirazçı öldürülüb, onlardan ən azı 49-u qadın, 68-i uşaqdır.

BMT-nin faktaraşdırıcı komitəsinin hesabatı İran tərəfinin sərt reaksiyasna səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button