Dünya

Bri̇tani̇ya Navalninin tərəfdarlarına qarşı təzyi̇qləri̇ pi̇sləyi̇b

Britaniya hökuməti rusiyalı müxalifət lideri Aleksey Navalnının tərəfdarlarına qarşı edilən basqıları pisləyib. Məsələ ilə bağlı ölkənin Xarici İşlər vəziri Dominik Raab tuiter səhifəsində məlumat yayıb. Vəzir rusiyalı bloggerin azad olunmasını istəyib. O, aksiyalar zamanı dinc etirazçılara və jurnalistlərə qarşı şiddəti qınayıb.

“Britaniya rus səlahiyyətlilərinin dinc etirazçılara və jurnalistlərə qarşı şiddət tətbiq etməsini pisləyir. Biz Rusiya hökumətini Avropa Şurası və Avropada Əmniyyət və Əməkdaşlıq Təşkilatının insan hüquqları ilə bağlı beynəlmiləl öhdəliklərinə hörmət etməyə və dinc etirazlar zamanı həbs olunan vətəndaşları sərbəst buraxmağa çağırırıq”, – deyə Britaniya rəsmisi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button