Dünya

BMT BA-da Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə qəbul edilib

BMT Baş Assambleyasında Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı Fövqəladə Xüsusi Sessiyası keçirilib və Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə qəbul edilib.

Aznewstvinin ABŞ bürosu xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Frensisin sədrliyi ilə baş tutmuş sessiyada İsrail və HƏMAS arasında iki aydır davam edən qarşıdurmada “dərhal humanitar atəşkəs” tələb edən qətnamə layihəsi səsə qoyulub.

Misirin irəli sürdüyü və Azərbaycanla Türkiyə də daxil olmaqla təxminən 100 ölkənin birgə təqdim etdiyi Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnaməni qəbul edib. Sənədin lehinə 153, əleyhinə 10 ölkə səs verib. 23 dövlət isə bitərəf qalıb.

02:20

BMT Baş Assambleyasında Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı fövqəladə xüsusi sessiya keçirilir.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Frensisin sədrliyi ilə baş tutan sessiyada İsrail və HƏMAS arasında iki aydır davam edən qarşıdurmada “dərhal humanitar atəşkəs” tələb edən qətnamə layihəsi səsə qoyulub.

ABŞ BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild müzakirəyə çıxarılmış qətnamə layihəsində HƏMAS-ın vəhşiliklərinin pislənilməsini tələb edib. Diplomat ABŞ-nin bölgədə davamlı sülh istiqamətində çalışdığını və sənədin bəzi aspektləri ilə razılaşdığını bildirib. O, BMT Baş Assambleyasına üzv olan 193 ölkənin ABŞ-nin sənədə təklif etdiyi düzəlişlərini dəstəkləməyə çağırıb.

Qətnamədə nəzərdə tutulmuş şərtlərin müzakirəsi üzv ölkələrin nümayəndələrinin çıxışları ilə davam edir. Səsə qoyulmuş Baş Assambleyanın qətnamə layihəsində bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və savaşan tərəflərin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə əməl etmələri tələb olunur.

Qeyd edək ki, toplantıda atəşkəs üçün nəzərdə tutulmuş qətnamə layihəsinə Türkiyə və Azərbaycan həmsponsor olub. BMT TŞ-dən fərqli olaraq Baş Assambleyanın qətnamələri məcburi xarakter daşımır, müharibəyə qlobal baxışı əks etdirən siyasi çəki daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button