İran

İranda 11 yaşlı şagird döyülüb

İcbari hicaba guya riayət etmədiyinə görə məktəbin sinif rəhbəri 11 yaşlı şagirdi döyərək ona təhqiredici söyüşlər ünvanlayıb.

Tehran şəhərinin Dərbənd məhəlləsindəki qızlar məktəbinin sinif rəhbəri 11 yaşlı qızı guya “hicaba riayət etmədiyinə” görə döyüb və söyüb.

Məlumata əsasən, uşaq bu hərəkətlərdən qorxuya düşdüyü və əsəb sarsıntısı keçirdiyinə görə məktəbə getməkdən çəkinib.

Şagirdin anasının dediyinə görə, qızı hadisə günü, yanvarın 28-də idman fənni bitdikdən sonra idman alətlərini yığışdırmağa başlayıb.

Bu zaman özü də istəmədən baş örtüyü başından düşüb. Məktəbin sinif rəhbəri qəfil hücum edərək qızı “boyun nahiyəsindən vuraraq” ona söyüşlər deyib.

Uşağın anası polis bölməsinə şikayət edib və qızı barəsində məhkəmə ekspertizası təyin olunub.

Ekspertizanın rəyinə əsasən, bildirilib ki, “qız psixoloji patologiyaya məruz qalıb” və “trapevt nəzarətinə götürülməlidir”.

Qızın anasının məlumatına istinadən, sinif rəhbəri işdən qovulub.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button