Azərbaycan

Gəmiyə general Polad Həşimovun adı verildi

Mübariz Mənsimov başda olmaqla “Palmali Holdingin” idarə heyətinin qəbil etdiyi qərara əsasən, “Palmali Holdinqə” məxsus gəmilərin adları dəyişdiriləcək.

Bu barədə Holdinq rəsmisi Fidan Quliyeva məlumat verib.

F.Quliyeva bildirib ki, bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancacına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq:

“Məqsəd şəhidlərimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə ilk gəmi 30 martda yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər”.

Onun sözlərinə görə, gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabuliyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button