İran

Xameneinin xalqa tövsiyəsi: Çörəyi israf etməyin!

İranın ali rəhbəri Əli Xamenei günəş təqvimi ilə yeni ilin əvvəlində (İranda yeni il martın 21-də başlayır) ölkədə mütləq yoxsulluq həddinin altında yaşayan 60 milyon əhaliyə müraciət edib.

“Aznews tv”nın xəbərinə görə, Xamenei ölkə xalqına müraciət edərək deyib ki, İran xalqı israfçılıq edərək çörəyi tullantı şəklində atır.

O, habelə İranın kənd təsərrüfatı idxalından ciddi şəkildə asılı olduğunu etiraf edib, lakin özünün də ən yüksək səviyyədə təmsil olunduğu 43 illik hakimiyyətdə İranın bu acınacaqlı vəziyyətində onun hansı rol oynadığına aydınlıq gətirməyib.

Xamenei eyni zamanda ölkəni çənginə almış yoxsulluq, milyardlarla dolların məmurlar tərəfindən mənimsənilməsi, rüşvətxorluq, təbii və milli sərvətlərin talan və israf edilməsi, iqtisadiyyatın iflic vəziyyətə gətirilməsi və milyonlarla insanın işsiz qalması ilə bağlı heç bir fikir söyləməyib.

Xatırladaq ki, ölkədə aclıqdan qıvrılan milyonlarla insanın olduğu halda, Xameneinin bu çıxışı böyük səs-küyə səbəb olub. İran xalqı ali liderdən soruşur ki, əgər israfçılığa bu qədər qarşıdırsa, bəs nə üçün raket və insansız uçaq proqramlarına, habelə proksi (niyabəti) qruplaşmalarına bu qədər pul xərcləyir?

Related Articles

Bir cavab yazın

Back to top button