Azərbaycanİran

Ərdəbil və Sulduz şəhərlərində yüzlərlə şagird zəhərlənib

Aprelin 8 və 9-da Güney Azərbaycanın Urmu, Sulduz və Ərdəbil şəhərlərində yüzlərlə qız şagird zəhərlənib.

Ərdəbil şəhərinin qızlar oxuyan doqquz, Urmiyanın iki və Sulduzun bir orta məktəbində zəhərlənən şagirdlər xəstəxanalara köçürülüb.

Zəhərlənmə hallarının yenidən artmasından sonra valideynlərin övladlarını məktəblərə göndərməyə ehtiyat etdikləri bildirilir.

Adı çəkilən şəhərlərdə bir neçə məktəbin qarşısında valideynlərlə polis qüvvələri arasında qarşıdurma yaşanıb.

Övladlarının təhlükəsizliyinin təmin edilməsiyinə etiraz edən valideynlər hökumət məmurlarının zorakılığına məruz qalıb, onlardan bir neçəsi polis bölmələrinə aparılıb.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Related Articles

Bir cavab yazın

Back to top button