Dünya

Peskov Putinin istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TASS-ın xəbərinə görə, D. Peskov yayılan xəbərləri cəfəngiyat adlandırıb.
Onun sözlərinə görə, Rusiya Prezidentinin səhhətində heç bir problem yoxdur.
Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri səhhətində yaranan problemlə əlaqədar V. Putinin gələn ilin əvvəlində postunu tərk edəcəyini iddiası ilə çıxış edib.

Related Articles

Bir cavab yazın

Back to top button