İran

Sosial şəbəkələrdə milli fəallara dəstək verilib

İctimai şəbəkə istifadəçiləri şəxsi səhifələrində, habelə qruplarda azərbaycanlı məhkumların mürəxəsiyə buraxılmaları ilə bağlı çağırış ediblər. Onlar koronavirusun sürətlə yayıldığı müddətdə siyasi məhbuslara müvəqqəti azadlıq verilməməsinə etiraz ediblər. Bundan başqa, milli fəalların son durumu ilə ilgili ailələrinə məlumat verilməməsinin yolverilməzliyi vurğulanıb.
Bildirək ki, ötən gün Ərdəbil zindanının 1-ci bəndində cəza çəkən azərbaycanlı fəal Yusif Kari zorakılığa məruz qalıb. Fəalın ailəsi və yaxınları həbsxana məsulları ilə ilgi qurmağa çalışsalar da, onlara heç bir məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button