İran

Yusif Kari fiziki zorakılığa məruz qalıb

Azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının gözətçiləri tərəfindən şiddətli döyülüb. Bu barədə fəalın həmbəndləri fərvərdinin 22-də onun ailəsinə məlumat veriblər. Bildirilib ki, siyasi məhbus 1-ci bənddə axtarış zamanı məmurların kobud davranışına etiraz edib. Nəticədə məmurlar onun əllərini qandallayıb və fəala zorakılıq tətbiq ediblər. Məlumata görə, Yusif Kari baş və üz nahiyəsindən ciddi yaralanıb. Bundan sonra zindan məmurları fəalı saxlanıldığı bənddən çıxarıblar.
Məsələ ilə bağlı fəalın ailəsi və yaxınları həbsxana məsulları ilə danışmağa çalışsalar da, onlara heç bir məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button