İran

İranın Kabildəki səfirliyi önündə etiraz aksiyası keçirildi

İranda əfqanıstanlı mühacirlərin incidilməsinə dair videolar yayıldıqdan sonra bir qrup Əfqanıstan vətəndaşı aprelin 11-də İranın Kabildəki səfirliyinin qarşısında mitinq keçirərək İrandakı əfqanlara qarşı pis rəftara son qoyulmasını tələb ediblər.

Etirazçılar İslam Respublikasına qarşı şüarlar səsləndirib və İran bayrağını yandırıblar.

Qeyd edək ki, son günlər İranda əfqan mühacirlərə qarşı pis davranılmasına dair neçə-neçə video yayılsa da, İranın Kabildəki səfirliyi bunu rədd edib.

Related Articles

Bir cavab yazın

Back to top button