Bölgə

Türkiyədə güclü partlayışlar baş verib: ölən və yaralananlar var – VİDEO

Türkiyənin Kocaeli vilayətindəki 4 mərtəbəli tikiş fabrikində güclü yanğın baş verib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, şiddətli partlayışlarla müşahidə olunan yanğın zamanı azı 4 nəfər həyatını itirib. 5 yaralı var. Hadisə zamanı binada azı 30 işçi olub. Onlardan bəziləri təxliyə olunub.

Binada bir neçə işçinin qala biləcəyi istisna edilmir. Əraziyə cəlb edilən yanğınsöndürənlər, alovun yayılmasının qarşısını alıb. Lakin hələlik yanğın tam söndürülməyib.

Hadisənin səbəbləri araşdırılır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button