Azərbaycan

Qəzvinli sosial media fəalı Vəhid Acirlu həbs edilib

Güney Azərbaycanın Qəzvin şəhərindən olan sosial media və ictimai fəal Vəhid Acirlu həbs olunub.

Qəzvinin Əlbor şəhərinin məhkəmə sisteminin başçısı Mahmud Mahmudxani mediaya verdiyi açıqlamada bildirib ki, azərbaycanlı fəal “sosial mediada yalan məlumatlar yaymaq”da suçlanır.

Başçının dediyinə görə, fəal bu hərəkəti dəfələrlə təkrar etdiyinə görə saxlanılıb. 

“Əlborz şəhərinin ikinci Cəza Məhkəməsi adı çəkilən sosial media fəallının bunda öncə dəfələrlə oxşar fəaliyyətlərinə görə məhkum olunduğunu, onun barəsində iftira, töhmət və yalan məlumat yaymaqla bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq, müttəhimin zindana salınması barədə qərar verdi”-deyə, məhkəmə başçısı bildirib.

Qəzvinli sosial media fəalı bundan öncə bir müddət Qəzvin əyalətinin Məsləhət Sistemin Məşvərət Məclisinin katibi kimi fəaliyyət göstərib və hökumətin istədiyi çərçivədə çalışmadığı üçün vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Vəhid Acirlu Qəzvin əyalətində tanınmış ictimai fəallardan biridir və onun əyalətdə baş verən hadisələr, məsulların yarıtmaz siyasətləri və əhalinin problemləri ilə bağlı sosial mediada etdiyi paylaşımlar qəzvinlilər tərəfindən rəğbətlə izlənilirdi.

Bundan öncə məhkəmə və təhlükəsizlik sistemlərinin basqılaı ilə üzləşən azərbaycanlı fəal fəaliyyətini dayandırmaqla bağlı hökumət idarələrinin xəbərdarlığına əhəmiyyət vermədiyi üçün cəzalandırılıb. 

Related Articles

Bir cavab yazın

Back to top button