Azərbaycanİran

Təbrizli reperə həbs cəzası verildi

Təbrizin İnqilab Məhkəməsi tanınmış reper Milad Cəlilinin (Elşən) 8 ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

O, “siyasi məzmunlu rep ifa etməklə hökumət əleyhinə təbliğat”da günahlandırılıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları təbrizli sənətçini 28 noyabr 2023-də həbs ediblər.

O, güneyli milli-mədəni məhbuslarla bağlı oxuduğu və sosial mediada geniş yayılan “Biz susduqca…” adlı mahnısına görə saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button