Dünyaİran

“Nüvə doktorinanızı dəyişəcəyinizlə bağlı hədələrə son qoyun”- Agentlik

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Rafael Qrossi Tehran rəsmilərinin hədələmələrinə cavab olaraq İran hakimiyyətindən belə ifadələri dayandırmağı istəyib.

Qrossi mayın 14-ü Qardian qəzeti ilə müsahibəsində deyib: “İran hakimiyyətinin nüvə silahı istehsal edəcəyi ilə bağlı hədələri mənim üçün çox ciddi bir məsələdir. Belə bir sual yaranır ki, İran hakimiyyətini başçıları nə edir və niyə belə hədələrə başlayıblar”.

Baş katib İran rəsmilərinin bir müddət əvvəl nüvə doktorinalarını dəyişdirəcəkləri barədə sözlərinin nəticəsində bu ölkə ilə yeni bir böharanın yaranacağını bildirib.

O, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxacağı ehtimalını da deyib.

Qrossi İran tərəfindən nüvə təsisatlarında yoxlama qaydalarının pozulduğunu da irəli sürüb.

“Biz artıq İranın ünvə fəaliyyətləri barədə heç bir növ məlumata malik deyilik. Bu çox önəmlidir. Beynəlxalq ictimaiyyət belə bir gerçəkliklə üzləşib. Biz hal hazırda İranın nəyə malik olub olmadığını bilmirik”

İranın rəhbəri Əli Xaməneyinin baş məsləhətçisi Kamal Xərrazi mayın 9-da demişdir: “biz nüvə silahı istehsal etmək niyyətində deyilik. Lakin varlığımız hədələnərsə, nüvə və hərbi doktorinamızı dəyişdirməli olacayıq”.

Related Articles

Bir cavab yazın

Back to top button