İran

Urmuda avtobus sürücüləri̇ eti̇raz aksi̇yası keçi̇ri̇blər

Ordibeheştin 7-də Batı Azərbaycanın Urmu şəhərinin bir qrup otobus sürücüsü etiraz keçirib. Belə ki, sürücülər ustandarlıq binası qarşısına toplaşaraq gecikdirilmiş aylıqlarının ödənilməsini istəyiblər. Habelə onlar qanunda nəzərdə tutulmuş gediş haqqı biletlərində yaranələrin verilməməsinə etirazlarını bildiriblər.

Artıraq ki, müşküllərlə ilgili 293 özəl şirkət operatorunun otomobillərini Urmunun ictimai nəqliyyat navqanından çıxarması nəticəsində son iki həftədə şəhərdə nəqliyyat fələc duruma düşüb. Məsələyə özəl şirkət operatorlarının nümayəndələri münasibət bildiriblər. Onlar zərərçəkmişlərin hər birinə 500 milyon tümən etibarın ödənilməli olduğunu açıqlayıblar. Bu isə Urmu Şəhrdarlığının imkanıda deyil.

Xatırladaq ki, son aylarda Urmu şəhərində sürücülər dəfələrlə təzahurata çıxıblar.

Related Articles

Bir cavab yazın

Back to top button