İran

İranın sirri açıldı

SEPAH-ın Azərbaycan Cümhuriyyəti sərhədinə qoşun yeritməsinin sirri açıldı

SEPAH ən böyük uyuşdurucu kartelidir.

Azərbaycan Cümhuriyyətinin Biləsuvar gömrüyündə yarım ton heroinin ələ keçməsindən sonra, SEPAH-ın Quru Qoşunları güc nümayişi üçün “Aşura 32” Leşkərini Azərbaycanla sərhədə ezam edib.

“Sepah” Araz çayı boyunca Azərbaycan sınırına qoşun göndərilməsinin səbəbinin “Azərbaycan sərhədində iranlı sürücülərin incidilməsi” olduğunu bildirmişdi.

Amma Azərbaycan Gömrüyünün İran yük maşınından 527 kiloqram heroin tapması ilə bağlı məlumat yaymasından sonra “Sepah”in niyə qoşun çəkməsinin əsl səbəbi üzə çıxıb.

Dünən də xəbər verdiyimiz kimi, sübut olur ki, Gorus -Qafan yolunun Azərbaycan hissəsində keçməkdən yayınan İranın yük maşınları əslində 300 dollar keçid pulundan ötəri yox, müxəddir maddəli yüklərinin dərdindən sağlam yoldan keçmək istəmirlər.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan polisi İranın balıqçı gəmisini 1.5 – 2.5 milyard rupiYə (20-33 milyon dollar) dəyərində heroinlə və 7 İran vətəndaşı ilə birlikdə bu ölkənin Qucarat sahilində həbs edib.

Related Articles

Bir cavab yazın

Back to top button