DünyaİranSiyasət

AB HBFP üzrə öhdəliklərini yerinə yetirməlidir – Cavad Zərif

İranın xarici işlər naziri Cavad Zərifin sözlərinə görə Avropa Birliyinə (AB) üzv olan ölkələr nüvə anlaşması ilə bağlı öhdəliklərini yerinə yetirməli və Tehranla iqtisadi əlaqələri yaxşılaşdırmalıdırlar.

Aznews.tv-nin xairici KİV-lərə istinadən verridi məlumata əsasən, bundan öncə isə AB-nin xarici siyasət üzrə rəhbəri Federrika Moqerini Avropa Birliyinin, Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) kimi də tanınan, İranla nüvə anlaşmasının həyata keçirilməsinə sadiq qalacağını bildirib.

“Bu il ərzində ABŞ Avropanı və bütün dünyanı ələ salıb. Bu gün Avropa Birliyi yalnız təəsüf hissi bildirə bilər”, – deyə İran XİN rəhbəri öz Twitter hesabında yazıb.

Xatırladaq ki, ABŞ-ın gözlənilməz olaraq İranla nüvə anlaşmasından çıxmasında bir il sonra rəsmi Tehran anlaşma ilə bağlı öhdəliklərinin həyata keçirilməsini qismən dayandırdığını bildirib və Avropaya İranın maraqlarının təmin etməyə 60 gün vaxt verib.

Öz növbəsində, Tehranın bu qərarı Parisdə narahatçılıq doğurub.

İran höküməti bu təbdbirlərin görülməsini rəsmi Vaşinqton tərəfindən HBFP-nın tələblərinin pozulması, təkrar sanksiyaların yeridilməsi və anlaşmanın qalan üzvlərinin – Almaniyanın, Fransanın, Böyük Britaniyanın, Çinin və Rusiyanın məsələni adekvat şəkildə həll edə bilmədikləri ilə bağlayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button