İran

ABADAN ŞƏHƏRİNDƏ KORONA POLİSİ YARADILIB

Bazar ertəsi Əhvazda Covid-19 mərizlərinin sayı 20 mini keçdiyi bir halda, Abadan fərmandarı şəhərdə “korona polisi”nin yaradıldığını açıqlayıb.
Zeynalabidin Musəvi bazar ertəsi Koronavirusla Mübarizə Qərargahının toplantısında əlavə edib ki, Abadanda korona polisinin fəaliyyətini tənzimləmək və kontrol etmək üçün “Behdaşt Polis Komitəsi” yaradılıb və bu qurumun vəzifəsi şəhərdə koronavirusun yayılmasının qarşısını almağa çalışmaqdır.
Onun sözlərinə görə, Behdaşt Polis Komitəsi polis, bəsic, Hökümət Təziratı, dadsitan, Tibb Elmləri Danişkədəsi, imam cümə, şəhrdar, şəhrdar icraçıları, fərmandarlıq məsulları, mətbuat nümayəndələri, behdaşt mərkəzi, Abadan İttilaat İdarəsi, Dəryabanlıq İdarəsi, Ərvənd azad məntəqəsi, neft paalayişqahı, liman və dənizçilik idarəsi, petroşimi, qaz niruqahı, Sənaye İdarəsi və Əsnaf Dəftərindən ibarətdir.
Musəvinin sözlərinə görə, Korona Polis Komitəsinin təlimatlarına və qaydalarına əsasən, behdaşt idarəsinin işçiləri məhkəmə zabiti olaraq, koronavirus mərizlərinin qərəntinə qaydalarını pozduğunu müşahidə edərsə, həmin məriz barəsində şikayət edib dadsitanlığa göndərməlidir. Beləliklə, həmin şəxs cərimə edilir və ya niqahətqah mərkəzinə icbari ezam edilərək 14 gün ərzində onun qərəntinədə saxlanılması təmin ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button