“İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyətinizlə bağlı son günlər məhkəmə tibb ekspertizasının rəyi və hörmətli prokurorun göstərişinə görə, həbs cəzanızın qalan hissəsini çəkmək üçün 5 gün müddətində bu şöbəyə gəlməniz lazımdır.
Qeyd olunur, müəyyən edilmiş müddətdə gəlməmək həbslə nəticələnəcək”-deyə, bildirşdə qeyd olunub.
Bildiriş Abbas Lisaninin Təbrizin “Vəliəsr” xəstəxanasında bel diskindən əməliyyat olduğu günə təsadüf edir.
Qeyd edək ki, avqustun 13-də tibbi məzuniyyət müddəti bitdikdən sonra Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinin İcra Şöbəsində olub.
Ona Ərdəbil Məhkəmə-Tibbi Komissiyasının yenidən 6 aylıq tibbi məzuniyyət istədiyi üçün məzuniyyət müddətinin uzadıldığı və məhkəmənin elektron sistemi vasitəsilə elan olunacağı bildirilmişdi.