Dünyaİran

Amerika İranın Suriyadakı mövqelərinə zərbə endirib

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 24-ü səhər saatlarında Co Baydenin əmri ilə Amerika hərbi qüvvələrinin Suriyanın Deyr əz-Zorda İran İnqilab Keşikçiləri Korpusuna bağlı silahlı qruplaşmaların istifadə etdiyi infrastruktur obyektlərini hədəfə aldığını açıqlayıb.

Mərkəzi Komandanlığın məlumatına görə, bu dəqiq hücumların məqsədi İran rejiminin dəstəklədiyi qrupların 15 avqustda Amerika personalına qarşı hücumları kimi təhlükələrdən müdafiə etmək və qorumaq olub.

“Amerikanın hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı silahlıların istifadə etdiyi infrastruktur obyektlərini hədəfə alıb və Amerika personalının müdafiəsi üçün zəruri olub”, – deyə bəyanatda bildirilir.

CENTCOM Amerikanın eskalasiya riskini məhdudlaşdırmaq və itki riskini minimuma endirmək üçün mütənasib və hesablanmış tədbirlər gördüyününü vurğulayıb.

Bəyanatda əlavə edilib ki, Amerika prezidenti İranın dəstəklədiyi silahlı qrupların hücumlarını dayandırmaq və ya qarşısını almaqla Birləşmiş Ştatların şəxsi heyətini qorumaq və müdafiə etmək üçün maddə 2-dəki səlahiyyətinə əsaslanaraq bu zərbələri endirib.

CENTCOM-un rəsmi açıqlamasının sonunda deyilir:
“Amerika münaqişəyə can atmır, ancaq öz xalqını qorumaq və müdafiə etmək üçün lazımi tədbirləri görməyə davam edəcək, İŞİD-in əbədi məğlubiyyətini təmin edənə qədər Suriyada qalacaq”,-deyə CENTCOM-un rəsmi açıqlamasının sonunda qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button