İran

İranda təhsildən uzaqlaşan şagirdlərin sayı açıqlandı

Son bir il ərzində 15-17 yaş arası 556.000 şagird təhsildən uzaqlaşmağa məcbur olub. Bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.

Onların 295.000 oğlan, 261.000 isə qız şagirdlər olduğu bildirilib.

Bir müddət əvvəl İranın keçmiş təhsil naziri Əli Əsgər Fani ölkədə təhsilini yarımçıq tərk edən şagirdlərin sayının 930.000 olduğunu deyib.

Bunun əsas səbəbi yoxsulluq və məişət problemlərini həll etmək üçün uşaq və yeniyetmələrin məcburi işə cəlb edilmələridir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button