Azərbaycanİran

Milli məhbuslar Ərdəbil zindanının 16-cı bölməsinə köçürülüblər

Onların girov qarşılığında sərbəst buraxılmalarına icazə verilmir.

Ərdəbilli milli məhbuslar Əsgər Əkbərzadə, Meysəm Colani, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane Müqəddəm və Yaşar Əkbərzadə oktyabrın 17-də zindanın hərbi bölməsindən 16-cı bölməsinə köçürülüblər.

Adı çəkilən fəalların yaxınlarının bildirdiyinə görə, Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsi fəalların girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmalarına icazə vermir.

Ərdəbil zindanında saxlanılan milli fəallar həbs edildikləri zaman döyülüb və bədən xəsarətləri almalatına baxmayaraq müayinə və müalicələrinə imkan verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button