Dünyaİran

İsrailin müdafiə naziri: “İran Livanın cənubunda terror məqsədləri üçün hərbi aerodrom tikir”

“Nəsrullah, (Livanın hərbi-siyasi təşkilatı “Hizbullah”ın lideri) deyəsən, İsrail və Hizbullah arasında həqiqi güc balansının nə olduğunu unudub. O, özünü “Livanın müdafiəçisi” kimi göstərmək istəyir, amma reallıqda Livanı və onun vətəndaşlarını İran və şiə maraqları üçün girov saxlayır. Əgər səhv etsə, o, “Livanın dağıdıcısına” çevriləcək ”, – deyə İsrailin müdafiə naziri Qalant bildirib.

Onun sözlərinə görə, fotoşəkillərdə “Ayətullah rejiminin İsrail vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdığı” İran aerodromunun uçuş-enmə zolağı göstərilir.

Mərkəzi Livanda olan hərbi-siyasi şiə təşkilatı Hizbullah İranın regionda (Suriya, İraq, Yəmən) əsas regional peyki və “podratçısıdır”. Təşkilatın rəhbəri Həsən Nəsrullahdır.

Related Articles

Bir cavab yazın

Back to top button