İran

Fəallar Abbas Lisaninin şəkillərini divarlara yapışdırıblar

Dekabrın 17-də Tikantəpə şəhərində azərbaycanlı mədəni fəallar tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin əkslərini şəhər boyu divarlara yapışdırıblar. Həmin əkslərin altında “Korona mərizliyi zindandakı mədəni fəalların həyatını təhdid edir” ifadəsi yazılıb.
Bildirək ki, son günlərdə mədəni fəallar Azərbaycanın əksər şəhərlərində grafiti, divar yazıları, plakat, poster və traktlar hazırlayaraq siyasi fəalların azadlığa buraxılmalarını tələb edirlər. Onlar İran zindanlarında koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığını bildirərək, məhbuslar arasında mərizliyin yayılmasından narahatlıqlarını ifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button