Dünyaİran

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi ilə bağlı şok iddia

“The Washington Free Beacon” qəzeti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli ilə bağlı maraqlı məlumat dərc edib. Nəşr iddia edir ki, o, İrana və yaxud Amerikada olan İran tərəfdarlarına məxfi sənədlər veribmiş.

İddiaya əsasən Robert Melli İranın XİN vəzifəliləri və qeyri-rəsmi şəxsləri ilə birbaşa görüşüb. Bu isə onun məxfi sənədlər ötürməsi barədə ehtimallardan biridir.

Digər ehtimal da budur ki, Robert Melli İrana tərədar olan “Eko Otağı” ilə görüşüb və görüşdə  onlara məxfi informasiya ötürülüb.

Qəzet həmçinin “Tehran tayms” qəzetinə istinad edərək bildirib ki, Robert Melli adətən “Quinsi Məsuliyyətli Ölkəçilik Müəssisəsi”nin üzvü Trita Parsi və sair İran rejimini himayə edənlərlə təmasda olub.

İranın bu müttəfiqləri isə İran-Amerika danışıqları üzrə vasitəçi kimi hərəkət edirlər.

Qəzet bildirib ki, son vaxtlar siyasi arenadan görünməməsi onun İranın qeyri-rəsmi şəxsləri ilə təmasda olması ilə bağlı fərziyyəsinin düzgün olduğunu sübut edir.

3 ay keçsə də Bayden administrasiyası Robert Melli barədə cəmiyyətə və Senata hələ də münsib bir cavab verə bilmir.

Related Articles

Bir cavab yazın

Back to top button